
İdi Suda şamı bağlanan münasibətlərin enerjisini oyandırmaq, keçmiş hissləri üzə çıxarmaq və daxili bağlılığı dərinləşdirmək üçün hazırlanmışdır. Tərkibində müxtəlif təbii yağ ekstratları və nadir ot qarışımları var. Bu zəngin qarışım şam yanarkən yumşaq, amma güclü bir auraya çevrilərək düşüncələrə aydınlıq və emosional rezonans gətirir.Şamın səthi qədim runik simvollarla əhatələnib. Hər bir rune əlaqə, bağlanma və introspektiv təmizlənmə enerjisini daşıyır. Bu simvollar yalnız vizual element deyil, həm də dərin mənəvi kod kimi fəaliyyət göstərərək şamın gücünü bir neçə qat artırır.İdi Suda şamı özünəməxsus, tam bağlanmış qutuda təqdim olunur və heç kəsin toxuna bilməyəcəyi formada qorunur. Bu, şamın enerjisini saf və toxunulmaz saxlayır. Hər bir istifadəçi qutunu açıb şamı ilk dəfə alovlandırarkən, onun enerjisini öz aurası ilə qarşılayır və şəxsi niyyətini şama ötürür.
Hər şam kimi, İdi Suda da özünə məxsus yandırılma qaydasına malikdir. Qutunun daxilindəki xüsusi hazırlanmış yağ şüşəsi şamı yandırmazdan əvvəl və ya yanarkən ətrafına və ya əllərə sürtülə bilər. Bu sadə mərasim, şamın gücünü və yayılan enerjini daha da gücləndirir.