Oгонь Будда
(Budda Alovu) adlanan bu unikal qırmızı şam Buddizmin daxili harmoniya və ruhani aydınlanma ənənələrindən ilhamlanaraq hazırlanmışdır. Şamın dərin qırmızı rəngi alovun gücünü, daxili enerjinin oyadılmasını və ruhun oyanışını simvolizə edir. Şam Buddanın klassik lotos oturuşunda olan fiqur formasında hazırlanıb. Bu poza — “dhyana mudra” — meditasiya, daxili sakitlik və balans rəmzidir. Buddanın oturaq vəziyyəti istifadəçiyə ruhi mərkəzdə qalmağı, düşüncələri sabitləşdirməyi və mənəvi yüksəlişə yönəlməyi xatırladır. Şamla birlikdə təqdim olunan xüsusi esensial yağ qarışığı (şüşə flakon daxilində) ritualın təsirini gücləndirmək üçün nəzərdə tutulub. Bu yağın tərkibi təbii bitki ekstraktlarından ibarətdir və alov yandıqca yayılan aromatik buxular meditasiya və enerji təmizlənməsi üçün ideal atmosfer yaradır. Yağ həmçinin şamın yanma prosesində daha dərin və yumşaq ətir qatını ortaya çıxarır. Şam, xüsusi unikal üutusunda təqdim edilir. Bu xesusi qablaşdırılmanın ən gözəl tərəfidə budur ki şam, məhsulu istifadə edən şəxsin birbaşa enerjisi ilə uyumlanır.